Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Vətən müharibəsi şəhid ailələrinə və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib

26 iyun 2021 | 11:00

26 iyun 2021-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş şəhidlərin ailələri  və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirildi. Mərasimdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Əqid Baroyev, Rayon Ağsaqqallar Şurasının sədri, eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun  atası, professor İzzət Rüstəmov,  şəhid  ailələri, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra ölkəmizin ərazi  bütövlüyü  uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Giriş sözü ilə mərasimi açıq elan rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev  qeyd etdi ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanıldı. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, bir gün öncə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Sərəncamla  vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif edilmişlər.

Tədbirdə çıxış edənlər -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Əqid Baroyev, rayon Ağsaqqallar Şurasının sədri, eyni zamanda şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun  atası, professor İzzət Rüstəmov  çıxışlarında qeyd etdilər ki, bu gün qələbə sevincini öz canlarını qurban verməklə bizə yaşadan hər bir şəhidin xatirəsi bizim üçün əzizdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

   Çıxış edən şəhid ailələrinin üzvləri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Sonra müxtəlif medallarla təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə iştirakçılarına medallar təqdim olundu.


 

Keçidlər