Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid baş leytenant Kərimov Sənan Rəhman oğlunun orden və medalı ailəsinə təqdim olundu

01 iyul 2021 | 11:00

01 iyul  2021-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif olunmuş şəhid baş leytenant Kərimov Sənan Rəhman oğlunun   orden və medalını ailəsinə təqdim etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev  qeyd etdi ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanıldı. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki,   Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Sərəncamla  vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif edilmişlər.

Şəhidin atası  göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  dərin minnətdarlıqlarını bildirdi.

Sonra şəhidin orden və medalı ailəsinə təqdim olundu.

 

Keçidlər