Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid olan hərbi qulluqçuların orden və medalları ailələrinə təqdim olundu

02 iyul 2021 | 11:00

Xətai Rayon İcra Hakimiyyətində Azərbaycan Ordusunun şəhid olan bir neçə hərbi qulluqçusunun təltif olunduğu orden və medalların onların ailəsinə təqdimetmə mərasimi keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin  başçısı Rafiq Quluyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general mayor Zaur Abdullayev və  təltif olunan şəhidlərin ailə üzvləri  iştirak ediblər. Çıxış edən Rafiq Quluyev və Zaur Abdullayev Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbədən danışıblar. Qeyd olunub ki, bu qələbə xalqımızın qəhrəman övladlarının canı və qanı bahasına əldə olunub. Daha sonra  təltif olunan şəhidlərimizim keçdiyi döyüş yoluna nəzər salınıb və onların qəhrəmanlıqlarından söz açılıb.

Qeyd olunub  ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən müharibəsində mənfur düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanılıb.

Daha sonra Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik İlqar Mirzəyevin təltif olunduğu “Azərbaycanın Milli Qəhrəmanı” medalı, kapitan Həsənov Ceyhun Aydın oğlunun təltif olunduğu “Vətən Müharibəsi Qəhrəmanı” medalı, kapitan Şikarov Nəcəf Şikar oğlu və baş leytenant Abbaslı Arif Firuz oğlunun təltif olunduqları “Qarabağ” ordenləri, əsgər Quliyev Barat Nizami oğlunun təltif olunduğu "Vətən uğrunda" medalı onların  ailələrinə təqdim edilib.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər