Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda şəhid Babayev Vüqar İlham oğlunun anım mərasimi keçirilib

02 oktyabr 2021 | 11:00

Xətai rayonunda  şəhid Babayev Vüqar İlham oğlunun  İnqilab İsmayılov parkında  xatirə lövhəsinin qarşısında anım mərasimi keçirilib. Anım günündə II Fəxri Xiyabanda şəhidin məzarı ziyarət edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər. Tədbirdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib.
Çıxış edənlər  şəhidin   döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını,  Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildirib.
Digər çıxış edənlər  müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar.

Şəhidin ailə üzvləri   onun xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkür ediblər.

 

Keçidlər