Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri Sənan Kərimov, Sübhan Əbdürrəhmanlı , Əbülhəsən Eyvazov , Rövşən Rüstəmov və Rəşad Quliyevin məzarları ziyarət edilib

07 oktyabr 2021 | 11:00

Oktyrabrın 7-də Birinci və İkinci Fəxri Xiyabanlarda, eləcə də Dədə Qorqud Şəhidliyində Xətai rayon İctimaiyyəti tərəfindən  şəhidlərin, o cümlədən Xətai rayonundan olan Vətən Müharibəsi şəhidləri  Sənan Kərimov, Sübhan Əbdürrəhmanlı , Əbülhəsən Eyvazov , Rövşən Rüstəmov və   Rəşad Quliyevin məzarları ziyarət edilib.  Şəhidlərin  əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatlarının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb.Bildirilib ki, şəhidlərimiz xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqlar. Şəhidlərimizin fədakarlığını, onların Vətənə bağlılığını dövlətimiz, Ali Baş Komandan cənab İlham Əliyev, bütün xalqımız hər zaman yüksək qiymətləndiriblər.

 

 

Keçidlər