Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Niftalızadə Niyamin Xaliq oğlunun məzarı ziyarət edilib

09 oktyabr 2021 | 11:00

Oktyrabrın 9-da Dədə Qorqud Şəhidliyində Xətai rayon İctimaiyyəti tərəfindən  şəhidin, o cümlədən Xətai rayonundan olan Vətən Müharibəsi şəhidi  Niyamin Niftalızadənin məzarı ziyarət edilib. Şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatlarının sədri Vüqar Rəhimzadə, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.Bildirilib ki, şəhidimiz xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq. Şəhidlərimizin fədakarlığını, onun Vətənə bağlılığını dövlətimiz, Ali Baş Komandan cənab İlham Əliyev, bütün xalqımız hər zaman yüksək qiymətləndiriblər.

 

 

 

Keçidlər