Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi – Baş leytenant Abbaslı Arif Firuz oğlunun məzarı ziyarət edilib

10 oktyabr 2021 | 11:00

Oktyrabrın 10-da İkinci Fəxri Xiyabanda Vətən müharibəsinin – Baş leytenant Abbaslı Arif Firuz oğlunun anım günü qeyd olunub, məzarı ziyarət edilib.

Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi  zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirdi.
Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri  Vüqar Rəhimzadə   Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyib.

Keçidlər