Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi leytenant Əliyev Samir Əliheydər oğlunun II Fəxri Xiyabanda məzarı ziyarət olunub

15 oktyabr 2021 | 11:00

Xətai rayonunda  Vətən Müharibəsi şəhidi  leytenant Əliyev Samir Əliheydər  oğlunun anım  günü ilə əlaqədar  II Fəxri Xiyabanda məzarı ziyarət olunub.

Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.

Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi  zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirdi.

Daha sonra çıxış edənlər  Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər