Şriftin ölçüsü :

Saytın rəngi :

Cəmşid Naxçıvanski adına Hərbi Liseyə ekskursiya təşkil olunmuşdur.

26 oktyabr 2021 | 11:00

Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1. bəndinə əsasən yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi məqəsdilə bir qrup şagiridin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə ekskursiyası təşkil olunmuşdur.
Ekskursiya iştirakçılarına lisey haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey müstəqil Azərbaycanın milli zabit kadrlarının yetişdirilməsi zərurətini uzaqgörənliklə diqqətə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə yaradılmışdır.

Bu cür tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunda yetişməsi, hərbi sahəyə marağın artmasına zəmin yaradır.

Keçidlər