Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Zəfər Günü münasibətilə agacəkmə aksiyası keçirilib

08 noyabr 2021 | 11:00

08.11.2021-ci il tarixdə Zəfər Günü münasibətilə Xətai rayonunda Polad Həşimov, G.Mehmandarov, G.Şıxlinski  küçələrində,  Gəncə prospektində, Gənclik  parkında    ağacəkmə aksiyası  keçirilib.
Aksiya Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Tədbirdə Xətai rayon rəhbərliyi, idarə və təşkilatlar, könüllülər, fəal gənclər  iştirak ediblər.

Ağacəkmə kampaniyasında 400-dən çox  müxtəlif növ ağaclar əkilib, təmizlik-abadlıq işləri  aparılıb, habelə əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərilib.

Keçidlər