Şriftin ölçüsü :

Saytın rəngi :

İdmançılarımız “VMH” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının qalibi oldular.

07 noyabr 2021 | 11:00

Xaçmaz Olimpiya-İdman Kompleksində "Zəfər Günü"nə həsr edilmiş “Vətənin müdafiəsinə hazıram” devizli poliatlon çoxnövçülüyü üzrə Respublika Çempionatının final mərhələsi keçirilib.

Yarış qaydalarına əsasən komandalar turnikdə dartınma, qumbara atma, 100 və 2000 metr məsafələrə qaçış idman növləri üzrə mübarizə aparıb. Bakı şəhərini isə bu yarışda zona birinciliyinin qalibi, C.Naxçıvanski adına hərbi liseyin komandası təmsil edib.
Uğurlu çıxış edən komandamız  Azərbaycan çempionatını birinci pillədə başa vurub.Yarışın yekununa əsasən Naxçıvan komandası ll yerə, Sumqayıt komandası  isə lll yerə layiq görülüblər.
Komandamız Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları ilə təltif edilib.

Keçidlər