Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyəti və Xətai Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 noyabr 2021-ci il tarixində “Zəfər Günü”nə həsr olunmuş məktəblilər arasında “Şahmat” turniri keçirilmişdir.

07 noyabr 2021 | 11:00

Xətai rayon İcra Hakimiyyəti və Xətai Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 noyabr 2021-ci il tarixində 254 saylı tam orta məktəbin akt zalında  8 noyabr – “Zəfər Günü”nə həsr olunmuş məktəblilər arasında “Şahmat” turniri keçirilmişdir.
Turnirinin nəticəsinə əsasən 1-ci yeri “254 saylı orta məktəbin” komandası , 2-ci yeri “17 saylı orta məktəbin” komandası, 3-cü yeri “27 saylı orta məktəbin” komandası tutmuşdur.
Turnirdə qalib gələn və fərqlənən idmançılar Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılmışlar.

Keçidlər