Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Vətən müharibəsi şəhidi polkovnik leytenant Qərib Baxşəliyevin xatirəsinə həsr edilmiş Basketbol turniri keçirilib.

26 noyabr 2021 | 11:00

Xətai rayon İcra Hakimiyyətinin dəstəyi, Xətai rayon Gənclər və İdman İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 24-25 noyabr 2021-ci il tarixlərində Vətən müharibəsi şəhidi "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmiş polkovnik leytenant, şəhid Qərib Baxşəliyevin xatirəsinə həsr edilmiş "Basketbol 3/3" üzrə qızlar və oğlanlar arasında turnir keçirilib.

“Basketbol 3/3” turnirinin nəticələrinə əsasən oğlanlar arasında I yeri “269 saylı tam orta məktəbin" komandası , II yeri “147 saylı Texniki Humanitar liseyin ” komandası, III yeri “204 saylı tam orta məktəbin” komandası, qızlar arasında  I yeri “269 saylı tam orta məktəbin" komandası , II yeri “17 saylı tam orta məktəbin” komandası, III yeri “138 saylı tam orta məktəbin” komandası tutmuşdur. Qaliblərin mükafatlandırılması mərasimində şəhidin həyat yoldaşı Gülnarə Baxşəliyeva, Xətai Rayon İcra Hakimiyyəti şöbə müdiri Pənah İmanov, Xətai  rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi Bədən Tərbiyəsi Sektorunun baş məsləhətçisi Cəlil Əlizadə iştirak etmişdir.

Keçidlər