Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Çempionumuz" sosial idman layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirilmişdir.

01 dekabr 2021 | 11:00

01 dekabr 2021-ci il tarixində Xətai rayonu 86 saylı tam orta məktəbdə Yeni Azərbaycan Partiyası Xətai rayon Təşkilatı, Xətai Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və 86 saylı tam orta məktəbin birhə təşkilatçılığı ilə "Çempionumuz" sosial idman layihəsi çərçivəsində “Yunan-roma” güləşi üzrə dünya və avropa çempionu Rəsul Çunayevlə yeniyetmə və gənclərin görüşü keçirilmişdir.

Görüşdə Xətai Rayon İcra Hakimiyyətinin Başçısı aparatının ictimai siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Pənah İmanov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, 86 saylı tam orta məktəbin direktoru Cavid Əliyev və məktəbin istedadlı gəncləri və idmançıları iştirak etmişdilər.
Görüş ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
İlk öncə layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara ətraflı məlumat verildi.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin Başçısı aparatının ictimai siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Pənah İmanov Azərbaycanda idmana göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı və kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışdı. P.İmanov qeyd etdi ki, gənclərin idmana marağının artırılması onlarda vətənpərvərlik hissinin formalaşmasında və zərərli vərdişlərdən uzaq olmalarında mühüm rol oynayır. 
86 saylı tam orta məktəbin direktoru Cavid Əliyev çıxış edərək məktəbin idmançıları haqqında ətraflı məlumat verdi.
Daha sonra çıxış edən Rəsul Çunayev görüş iştirakçılarına keçdiyi şərəfli idman yolu haqqında ətraflı məlumat verdikdən sonra, yeniyetmə və gənclər tərəfindən verilən sualları cavablandırdı.
Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev rayonun istedadlı gəncləri və idmançıları haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi.
Sonda xatirə şəkilləri çəkdirildi.

Keçidlər