Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya və narkobiznezə qarşı mübarizəyə həsr olunmuş "Dumanlı beyin" adlı tədbir keçirildi.

17 aprel 2014 | 10:00

Aprel ayının 15-də Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə  Xətai rayonunda yerləşən M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında “Dumanlı beyin” adlı tədbir keçirildi. Tədbir narkomaniya və narkobiznesə qarşı mübarizəyə həsr olunmuşdu. Tədbirdə çıxış edən həkim narkoloq Asif Kəngərli narkomaniyanı  bəşəriyyətin ən qorxunc bəlası adlandıraraq qeyd etdi ki, narkomaniya orqanizmin zəifləməsinə, daxili orqanların zəhərlənməsinə gətirib çıxarır. Bu xəstəliklərlə yanaşı narkomaniyaya düçar olanlarda Hepatit B, QİÇS, HİV kimi ağır xəstəliklərə rast gəlinmə halları daha yüksək olur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir.
Tədbirdə iştirak edən yazıçı-publisist Elxan Elatlı bu bəlanın törətdiyi fəsadlardan danışaraq bu işdə valideynlərin əvəzsiz rolundan bəhs etdi.Yeniyetməlik yaşlarında olan gənlərin xüsusi diqqətə ehtiyacı olduğunu qeyd edən yazıçı narkomaniyaya qarşı mübarizədə yaşlı və gənc nəslin birlikdə hərəkət etməli olduqlarını bildirdi.
    Tədbir şagirdlərin Asif Kəngərlinin “Bəla” pyesindən səhnələşdirilmiş bir parçanın nümayişi və qarşılıqlı fikir mübadiləsi ilə başa çatdı.

Keçidlər