Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 22 saylı birləşmiş şəhər xəstəxanasında əhali pulsuz tibbi müayinədən keçirilmişdir.

17 aprel 2014 | 10:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2014-cü il fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığına əsasən, aprelin 16-da  Xətai rayonundakı 22 saylı birləşmiş şəhər xəstəxanasında rayon sakinləri pulsuz tibbi müayinədən keçmişlər. Poliklinikaya səhərin erkən saatlarından başlayaraq rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanların, pensiyaçıların axın-axın gəlişi müşahidə olunurdu. Əsaslı səbəblərdən müayinəyə gələ bilməyən vətandaşların yaşadıqları evlərə isə yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadaları göndərilmişdi. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.
Bu cür kütləvi müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təhciz edilib. Bu da sakinlərin lazımı qaydada müayinədən keçməsinə şərait yaradır.
Aksiyaya çərçivəsində  bu günə qədər 167 min  nəfər rayon sakini  tibbi müayinədən keçib,  2929  nəfər stasionar, 16 min 629 sakin isə ambulator müalicəyə cəlb olunub.
Ölkə başçısı tərəfindən əhalinin sağlamlığının qorunmasına yönələn bu qayğı və diqqət rayon sakinləri tərəfindən də razılıqla qarşılanır.

Keçidlər