Şriftin ölçüsü :

Saytın rəngi :

1.09.2014-cü il tarixdə Xətai rayon İcra hakimiyyətinin yeni istifadəyə verilən inzibati binasında rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun sakinlər ilə görüşü keçirildi.

01 sentyabr 2014 | 10:00

Görüşdə rayonda aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən irimiqyaslı layihələrdən söhbət açıldı.
      Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bildirdi ki, ölkə iqtisadiyyatının bütün sahələrində özünü göstərən ciddi dəyişiklikləri Xətai rayonunun timsalında da aydın görmək olar. Hər il olduğu kimi bu il də rayonun iqtisadi göstəriciləri yüksəlib. Müxtəlif sosial proqramlar uğurla icra edilib. Bütün bunlara baxmayaraq mövcud problemlərin də olduğunu da deyən icra hakimiyyətinin başçısı əlavə etdi ki, bununla bağlı olaraq bir sıra yeni proqramlar hazırlanıb və lazımi dövlət strukturlarına göndərilib. Burada, əsasən, mənzil məşiət problemləri, məhəllədaxili yolların asfaltlanması, təmirə ehtiyacı olan bir  sıra təhsil, səhiyyə obyektlərinin yenidən qurulması və bərpası, əhalinin qaz, işiq, suya olan təlabatını tam ödənilməsi və bu kimi məsələlər yer alıb. Görüşdə  o da vurğulandı ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair dövlət proqramına uyğun olaraq rayonun bir  sıra yaşayış yerlərinin kənarlarında yeni parkların salınması istiqamətində  işlər davam etdirilir.
       Tədbirdə  rayon sakinlərinin mövcud problemləri dinlənildi və təkliflər paketi hazırlandı. Sakinlərin problemlərinin operativ həll edilməsi məqsədilə rayon inzibati ərazi  dairələri ilə birbaşa video əlaqə yaradıldı və lazımı tapşırıqlar verildi.   
        Görüş zamanı qəzalı  binalarda yaşayan sakinlərin köçürülməsi, həmin ərazilərdə təhlükəsizliyin təmin  edilməsi, yeni yaşıllıq sahələrinin salınması, təhsil ocaqların müasir üslubda  qurulması işlərinin sürətləndirilməsi istiqamətində aidiyyatı qurumların rayon və yerli  bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verildi.         
         Görüşdə iştirak edən vətəndaşlar rayonun sosial- iqtisadi inkişafı istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə və ölkə başçısı  İlham Əliyevə   minnətdarlıq-larını bildirdilər.

Keçidlər