Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ rayonunda Bilik günü qeyd olunmuşdu.

15 sentyabr 2014 | 10:00

XƏTAİ rayonunda Bilik günü qeyd olunmuşdu.  Respublikamızın hər yerində olduğukimi Bilik günü münasibətilə Xətai rayonunda da tədbir keçirilib. Rayonun 287 saylı "Zəkalar lisey"ində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev bildirib ki, Dövlət başçısının ölkədə yeni məktəblərin tikilməsi ilə bağlı tapşırıqları hər yerdə olduğu kimi Xətai rayonunda da uğurla icra olunur. Bunun nəticəsi olaraq bu il ali məktəblərə 1635 nəfər daxil olub. 194 nəfər 500-dən, 80 nəfər 600-dən, 41 nəfər isə 650-dən yuxarı bal toplayıb. İki nəfər isə 700 bal yığaraq ən yüksək nəticəni göstərib. 50 nəfərdən çox məzun isə prezident təqaüdünə layiq görülüb. Bu da respublika üzrə ən uğurlu göstərici hesab olunur.Təhsil nazirinin müavini Firudin Qurbanov,rayon ziyalıları yeni dərs ili münasibətilə müəllim və şagird heyətini xüsusilə də məktəbə ilk qədəm qoyan birinciləri təbrik edib, onlara uğurlar arzulayıblar. Bildirib ki, bu gün ölkədə təhsilin, onun maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır.. Sonra ilk zəng çalınıb və şagirdlər yeni dərs ilinə başlayıb.Onu da deyek ki,bu il rayon üzrə 4600 şagird birinci sinifə başlayıb.

Keçidlər