Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda məktəblilər arasında mini-futbol yarışları başladı.

24 oktyabr 2014 | 10:00

    Ölkəmizdə uşaq futbolunun inkişafı, futbolun kütləviliyinin təmin olunması məqsədilə AFFA və “Coca-Cola” şirkəti tərəfindən orta məktəblərin 7 və 9-cu sinif şagirdləri arasında “Coca-Cola Məktəbli kuboku” layihəsinin 2014-2015-ci il mövsümü keçirilir. Bu layihə respublikamızın bütün orta təhsil müəssisələrini və rayonlarını əhatə edir.
    24 oktyabr 2014-cü il tarixdən Xətai rayon İcra Hakimiyyəti  və Xətai rayon Gənclər İdman İdarəsi ilə birgə rayonun ümumtəhsil   məktəblərinin  7-ci sinif şagirdləri arasında da  “Coca-Cola Məktəbli Kuboku” adlı mini-futbol yarışlarının  keçirməsinə start verildi.
    Yarışlarda rayonun 37 ümumtəhsil orta məktəbinin şagirləri iştirak edirlər. Oyunlar Heydər Əliyev adına liseyin və 171 №-li tam orta məktəbin bazasında olimpiya  sistemi üzrə keçirilir. Yarışlarda iştirak edən komandalar arasında qaliblər 31 oktyabr tarixində baş tutacaq final mərhələsindən sonra müəyyənləşəcək.

Keçidlər