Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anım günü Xətai rayonunda da qeyd edilib.

11 dekabr 2014 | 11:00

Ümummilli lider Heydər Əliyevin anım günü Xətai rayonunda da qeyd edilib.Tədbir iştirakçıları  Heydər Əliyev parkına gələrək ulu öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər.
      Sonra YAP-nın Xətai rayon təşkilatının inzibati binasında “Ulu öndər
Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda tədbir keçirilib.  Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin
fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni
potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu
oynamağa başladı və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə
çevrildi. Əsası ulu öndər tərəfindən qoyulan    siyasət  bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 
       YAP-nın Xətai rayon təşkilatının sədri millət vəkili Hüseybala Mirələmov, Xətai rayon prokuroru Yusif İldırımzadə, akademik Vaqif Abbasov və rayon ziyalıları  ümummilli lider Heydər Əliyevin cəmiyyətin həyatına nüfuz edən müdrik, proqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışdılar. Bildirdilər ki, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Müstəqil Azərbaycan dövləti bu zəngin irsdən faydalanır, sürətlə inkişaf edir, dünya dövlətləri cərgəsində öz mövqelərini qətiyyətlə möhkəmləndirir.
       Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film
Nümayiş olundu.

Keçidlər