Şriftin ölçüsü :

Saytın rəngi :

3 saylı Uşaq evində bayram şənliyi

18 mart 2015 | 11:00

Novruz bayramı münasibətilə 18 mart 2015-ci il tarixdə Xətai rayon icra hakimiyyətinin nümayəndələri rayondakı 3 saylı uşaq evinin  sakinləri ilə görüşüblər.
Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bayram münasibətilə uşaqları təbrik etmiş, bu bayramın həyatımızda və məişətimizdəki yeri və mövqeyi haqqında ətraflı məlumat vermişdir. Novruz bayramı münasibətilə Uşaq evinin sakinlərinə öz ürək sözlərini çatdırmış, bayramın milli özünədərk baxımından əhəmiyyətindən danışmışdır. Natiq keçirilən tədbirin bayram əhval ruhiyyəsinin artmasına xidmət etdiyini, körpələrin sevincli anlar yaşamasından məmnunluğunu gizlətməmişdir.
Uşaq evinin direktoru Məhbubə Hüseynova göstərilən qayğıya görə bütün kollektiv adından rayon rəhbərliyinə təşəkkür etmişdir. Sonra uşaqlara bayram sovqatı, hər bir uşaq üçun hazırlanmış bayram şirniyyatları ilə bəzədilmiş xonçalar, müxtəlif hədiyyələr təqdim etmişlər.

Keçidlər