Şriftin ölçüsü :

Saytın rəngi :

Komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir

27 noyabr 2015 | 11:00

26 noyabr 2015-ci il tarixdə Xətai rayonu 245 nömrəli tam orta məktəbdə payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram devizi ilə keçirilən Poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında birinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir.
      Tədbirdə çıxış edən natiqlər keçirilən tədbirin çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsində, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu qeyd etmiş, komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
      Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər