Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ilin birinci rübünün yekunları müzakirə edildi

14 aprel 2016 | 11:00

       Aprelin 14-də Xətai rayon İcra Hakimiyyətində  Xətai   rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın “2016-cı ilin birinci rübündə Xətai rayonunun sosial-iqtisadi inkişafının yekunları”na həsr olunmuş hesabat  yığıncağı keçirilib.

       Əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü qarşısına çiçəklər qoyulub. Sonra bir neçə gün əvvəl qoşunların təmas xəttində erməni təxribatının qarışsının alınması zamanı şəhid olmuş Milli Ordunun zabit və əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

       Yığıncaqda bu müddət ərzində görülən işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr edilmiş müşavirədə qarşıya qoyulmuş vəzifələr müzakirə edildi.   Rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, bələdiyyə üzvlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclası giriş sözü ilə açan Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş müşavirə barədə ətraflı məlumat vermişdir

       Cari ilin birinci rübündə rayonunumuzun makro iqtisadi göstəricilərində müsbət dinamka olmuş,rayonun sosial-iqtisadi və mədəni həyatı inkişafında irəliləyişlər olmuşdur.

        Ən başlıcası isə 26 fevral 1992-ci il Xocalı soyqırım hadisələrinə  ucaldılmış abidə kompleksini hər il olduğu kimi bu ilin 26 fevralında da cənab Prezident İlham Əliyev başda olmaqla  dövlət və hökumət nümayəndələri, respublikanın ziyalıları və ictimaiyyəti Xocalı faciəsinin 24-cü il dönümündə ziyarət etmişlər.

         Bu ilin mart ayında Azərbaycanlıların soyqırım günü ərəfəsində rayonumuzun idarə,müəssisə və təşkilatlarında,təhsil və səhiyyə müəssisələrində müxtəlif tədbirlər keçirilmişdir.

         Hesabat dövründə rayonun sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 267 milyon 114,4 min manatlıq  sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdirki, bu da keçən ilin müvafiq dövründəkindən 2 faiz çox deməkdir.Bu müddətdə əhaliyə göstərilən nəqliyyat xidmətindən ötən illə müqayisədə

44,8 faiz çox yəni 148 milyon 804,2 min manat gəlir əldə edilmiş,əhaliyə 7 milyon 232,5 min manatlıq rabitə xidməti göstərilmişdir.

            İstehlakçılara 264 milyon 443,2 min manatlıq sənaye məhsulu göndərilmiş,müəssisələrin anbarlarında 1 milyon 423,5 min manatlıq hazır məhsul qalmışdır.Sənaye məhsulunun 0,6 faizi mədənçıxarma,12,4 faizi emal,85,6 faizi elektrik enerjisi,qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı,1,4 faizi su təchizatıtullatıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.

        Ilin birinci rübündə müəssisə və təşkilatlar tərəfindən  rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 22 milyon 640,4 min manatlıq investisiya yönəldilmişdir.

       İstehlak bazarı da dinamik inkişaf etmiş, rayon ərazisində pərakəndə ticarət şəbəkələrindən əhaliyə 389 milyon 528,3 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,2 faiz çox əmtəə satılmışdır. Satılmış əmtəələrin 13,7 faizi hüquqi şəxs statuslu, 82,6 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 3,7 faizi rayonda fəaliyyət göstərən bazarda realizə olunmuşdur. Əhaliyə realizə olunmuş istehlak mallarının 70,0 faizini ərzaq məhsulları, 30,0 faizini isə qeyri-ərzaq malları təşkil etmişdir.

      Əhalinin maliyyə imkanlarının göstəricisi hesab olunan pullu xidmətlərinin həcmi isə 15.5 faiz çoxalaraq 120 milyon 856,9 min manat olmuşdur.

     2016-cı ilin birinci rübü ərzində əhalinin məişət rahatlığının təmin edilməsində mühüm rol oynayan sahələrdən biri iaşə xidmətlərinin həcminin xeyli artması əhalinin həyat səviyyəsinin durmadan yaxşılaşmasına əyani sübutdur. Bu dövr ərzində əhaliyə 14 milyon 862,3 min  manatlıq  və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25.8 faiz çox iaşə xidməti göstərilmişdir.

       Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər tərəfindən əhaliyə 12 milyon 231,7 min manatlıq iaişə xidməti göstərilmişdir ki,bu da keçən ilin eyni dövründəkindən 16,9 faiz çox olmuşdur.Əhaliyə göstərilən pullu xidmətlərin 16,5 faizini məişət xidməti təşkil etmiş,bu xidmət növü əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz artaraq 19 milyon 941,4 min manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin həcminin getdikcə artmasına digər səbəblərlə yanaşı istehlak bazarının müxtəlif çeşidli əmtəə ehtiyatları ilə təmin olunması, əhalinin həyat səviyyəsinin yüksəlməsi nəticəsində alıcılq qabiliyyətinin artması öz müsbət təsirini göstərmişdir.

Hesabat dövründə rayonun iqtisadiyyatında məşğul olanların sayı 55794 nəfər olmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əmək haqqı  rayon üzrə 726,2 manat təşkil etmişdir ki, bu da  əvvəlki illə müqayisədə 14,4. faiz çox deməkdir.Digər sahələrlə müqayisədə maliyyə, rabitə,  nəqliyyat, sənaye və tikinti sektorlarında orta aylıq əmək haqqı daha yüksək olmuşdur.

Daxili bazarda süni bahalaşmanın qarşısının alınması istiqamətində Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixli “üzən məzənnə” rejiminə keçid qərarı rayonda sosial təminat sahəsində tədbirlərin həyata keçirilməsinə və süni bahalaşmaya

qarşı mübarizə tədbirlərinə təkan vermişdir.

Ölkə rəhbərinin tapşırığına uyğun olaraq yeni iş yerlərinin yaradılması istiqamətində rayon İcra hakimiyyəti tərəfindən tədbirlər həyata keçirilir.

         2016-ci ilin birinci rübündə  1315 yeni iş yerləri yaradılmışdır ki, bunun 156 nəfəri yeni yaradılmış müəssisələrdə, 202 nəfəri mövcud müəssisələrdə, 26 nəfəri fəaliyyətini bərpa etmiş müəssisələrdə, 931 nəfəri isə  fiziki şəxslər tərəfindən yaradılmış iş yerləri olmuşdur. Xətai rayon Məşğulluq Mərkəzinə 3078  nəfər müraciət etmişdir ki, bunların da 3001  nəfəri işaxtaran vətəndaş kimi qeydiyyatdan keçmişdir.

            2016 – cı il üçün nəzərdə tutulmuş “Ərazi Məşğulluq Proqramı”na əsasən, I rübdə müraciət edən vətəndaşların 515 nəfəri daimi işlə təmin edilmişdir. Mərkəz tərəfindən işlə təmin edilən vətəndaşlardan 74  nəfəri qulluqçu vəzifələrinə, 210  nəfəri isə fəhlə peşələri üzrə işlə təmin olunmuşlar.

Fevralın 1-dən işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsədə ayrılan büdcə vəsaitinin məbləği isə 2,4 dəfə artırılıb. Əmək münasibətlərinin şəffaflaşdırılmasını təmin edən və əmək bazarı ilə bağlı dolğun və obyektiv informasiya bazası formalaşdıran əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi əmək münasibətlərinə birbaşa və operativ nəzarətin həyata keçirilməsinə imkan yaradıb.

            Hesabat dövründə Ünvanlı Sosial Yardımla bağlı 450 ailəyə (1690 nəfər) bu yardım təyin olunmuş, bir ailəyə düşən orta aylıq yardımın məbləği 150 manat təşkil etmişdir.Bundan əlavə 6975 nəfərə aylıq,594 nəfərə birdəfəlik sosial müavinət,1555 nəfər təqaüd alanlara ödənişlər aparılmışdır.

Əhalinin sosial müdafiəsi sahəsində Ünvanlı Dövlət Sosial Yardımı təyini üzrə Ölkə başçısının 23 fevral 2015-ci il tarixli fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində yaradılmış Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) tətbiqinə başlanılması ilə əlaqədar müraciət edən aztəminatlı ailələrə elektron xidmət və şəffaflığın təmin edilməsi üçün Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində “Yardım masası” yaradılmış və “Azərpoçt” MMC-nin Xətai rayonu 3 saylı Poçt Filialınının 129 və 15 saylı poçt şöbələrində infoköşk quraşdırılmışdır.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən hər il olduğu kimi pensiyaların sığorta hissəsi illik infilyasiya dərəcəsinə uyğun indeksləşdirilmiş,rayon üzrə 35455 nəfər pensiyaçıya şamil olunmuş, və bu məqsədlə əlavə olaraq 123,2 min manat vəsait ödənilmişdir. Cari ilin fevral ayından 35154 nəfər pensiyaçının pensiyaları da 10 faiz artırılmış,aylıq artım məbləği 356,7 min manat təşkil etmişdir.

Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi 2016-cı il üçün illik iş planına uyğun  bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 1990-cı il “Faciəli yanvar” hadisəsinin 26-ci ildönümü və “Xocalı soyqırımını”nın 24-cü ildönümü ilə əlaqədar rayon

İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamları ilə tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir. Hər iki hadisə ilə əlaqədar rayonun müəssisə, təşkilat, təhsil və səhiyyə ocaqlarında müxtəlif xarakterli tədbirlər təşkil olunmuş, hər iki hadisənin şəhid ailələri, əlilləri ilə rayon fəallarının görüşləri təşkil olunaraq, onlara müxtəlif səpgili maddi və mənəvi yardımlar göstərilmişdir.

 Rüb ərzində rayonda aparılan abadlaşma və yenidən qurma işlərinin həcmi artmış, Bakı Ağ şəhər layihəsinin inşaası sürətlə aparılmış,Nobel prospektindən Xəqani Rüstəmov küçəsi istiqamətində yeraltı keçidin və Xəqani Rüstəmov küçəsinin Babək prospeki ilə birləşdirilməsi məqsədi ilə yeni yolun tikintisində işlər davam etdirilmişdir.

Abadlaşdırma layihələri çərçivəsində Nobel prospekti, F.Bayramov və A.Cəlilov küçələri boyunca yaşayış binalarının fasadlarının üzlənməsi davam etdirilmiş,bu binaların eyvanlarının məhəccərləri hazırlanmış, binaların bir hissısində işıqlandırma işləri başa çatdırılmışdır.

Rayonda ekoloji və sanitar vəziyyətin yaxşılaşdırılması  istiqamətində kompleks tədbirlər görülmüş, bu tədbirlər çərçivəsində “Abad həyət”, “Təmiz məhəllə”, park-xiyabanların inşası, yaşıllıqların salınması və ağacların əkilməsi, onların suvarılması, və aqrotexniki  qulluq göstərilməsinə əmək qabiliyyətli qeyri məşğul əhali  cəlb edilmişdir.

Xocalı prospektindəki parkda, Nobel prospektinin başlanğıcında və Yusif Səfərov küçəsində 65000 dən çox bəzəkli gül kolları və həmişə yaşıl bəzək ağacları əkilmişdir.

Rayon ərazisindəki qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təminatı, həmçinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması da rayon İcra Hakimiyyətinin diqqətində olmuşdur.

Nazirlər Kabinetinin 25 fevral 2016-ci il tarixli qərarına əsasən  rayon ərazisində şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, şəhərsalma normalarına cavab verməyən 99 binanın sökülərək yenidən tikintisi ilə əlaqədar inşaat sektorunda və tikinti materialı bazarında canlanma olmaqla, yeni iş yerləri açılmasına və rayonun qeyri məşğul əhalisinin işlə təmin olunmasına şərait yaradilacaq.

Hesabat dövründə xüsusi əhəmiyyətə malik və rayon İcra Hakimiyyəti tərəfindən uğurla icra olunan tədbirlərdən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin fevral ayının 1-dən may ayının 2-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığıdır. Tapşırığın icrası ilə bağlı Xətai Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüş, Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə komissiya yaradılmışdır. Eyni zamanda idarə, müəssisə, təşkilat rəhbərlərinin və rayon fəallarının iştirakı ilə müşavirə keçirilmişdir.

Rayon Əhalisinin tibbi müayinədən keçirilməsi ilə bağlı tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında, istehsal müəssisələrində, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanları evlərində tibbi müayinədən keçirirlər. Rayon üzrə 1 fevraldan - 1 aprel  2016- cı il tarixədək yaşı 18 dən yuxarı olan 208491  nəfərdən 49402 nəfəri tibbi

müayinədən keçirilmişdir, bunlardan 4395 nəfəri ambulator müalicəyə, 361 nəfəri stasionar müalicəyə qəbul edilmişlər. Həmçinin 42 kollektiv bu müddətdə tibbi müayinəyə cəlb olunmuşdur.

Hesabat dövründə rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərimizdə “20 Yanvar faciəsi”, “Xocalı Soyqırımı”, “Novruz Bayramı”, “31 mart Azərbaycanlıların Soyqırımı günü” “Beynəlxalq Ana dili günü”, “Bədən tərbiyyəsi və İdman günü”, “Beynəlxalq qadınlar günü” və digər tarixi və əlamətdar hadisələr münasibətilə müxtəlif xarakterli tədbirlər, inşa-yazı, foto-rəsm müsabiqələri, bilik və idman yarışları keçirilmişdir.

Novruz bayramı münasibətilə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilmiş, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə uşaq evləri və kimsəsizlərə bayram sovqatları verilmişdir.

Gənclər vətənpərvərlik hissini aşılanması istiqamətində uğurla həyata keçirilən tədbirlərdən biri də “Ölkəmizi tanıyaq” layihəsi olmuşdur. Məlum olduğu kimi ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə artıq bir neçə ildir ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublika məktəbliləri Azərbaycan Respublikamızın ərazisində maarifləndirici tur-aksiyalarda iştirak edirlər.

Bakı məktəbliləri, o cümlədən Xətai rayonundan 28 məktəbli və iki nəzarətçi müəllim Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasına yola salınmışlar. Tur aksiya 2 turdan 16-19 mart və 24-27 mart ibarət olmuşdur.

Gənclər siyasətinin Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğundan, hesabat dövrü ərzində şöbə rayon Gənclər və İdman İdarəsi ilə sıx əməkdaşlıq etmiş, birgə milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunması, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, rayonun ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması istiqamətində də bir sıra işlər görmüşdür. Belə ki, “Gənclər Günü” münasibətilə 01.02.2016-cı il tarixdə “Fəridə” şadlıq sarayında rayonun fəal gənclərinin nümayəndələri tədbir keçirilmiş və rayonun ictimai-siyasi, təhsil,idman həyatında fəal iştirak etmiş bir qrup gənc rayon İcra Hakimiyyəti Başçısının fəxri fərman və qiymətli hədiyyələri ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir. Bu məqsədlə rayon İcra Hakimiyyətinin Başçısının təsdiq etdiyi  xüsusi tədbirlər planına uyğun olaraq “Multikulturalizm və dini dözümlülük azərbaycanda dövlət siyasətidir” mövzusunda orta ümumtəhsil ocaqlarında silsilə tədbirlərin keçirilmişdir.

Rayon ərazisində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili daim nəzarətdə saxlanılmış, burada sanitar təmizliyə, qiymət intizamına nəzarət gücləndirilmişdir.

Rayon ərazisində fəaliyyət göstərən bir qəsəbə və dörd sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin normal fəaliyyəti üçün şərat yaradılmış, Xətai və Əhmədli

bələdiyyələri ilə birgə fəaliyyət planı əsasında iş aparılmış, bələdiyyələrlə işin təşkili ilə bağlı əlaqələndirmə şurasının fəaliyyəti yaxşılaşdırılmışdır.

       Vətəndaşların müraciətlərinə baxılmasına diqqət artırılmış, rüb ərzində daxil olmuş 1389  ərizə və məktub araşdırılmış, onlara,həmçinin əlavə olaraq Başçının qəbullarında və səyyar görüş-qəbullarında olmuş müraciətlərlə əlaqədar qanunamüvafiq  tədbirlər görülmüş və vətəndaşlar məlumatlandırılmışdır.

Keçidlər