Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Cavanşir küçəsi 10 A ünvanda məskunlaşan məcburi köçkünləri qəbul etmişdir

31 may 2016 | 11:00

31 may 2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Cavanşir küçəsi 10 A ünvanında yerləşən 1 saylı Texniki Peşə liseyinin binasında məskunlaşan bir qrup məcburi köçkün ailəsini qəbul etmişdir.
Həmin liseyin 5 mərtəbəli inzibati tikilisinin 5-ci mərtəbəsində və inzibati ərazisində respublikanın işgal olunmuş bölgələrindən olan 35 məcburi köçkün ailəsi-155 nəfər məskunlaşmışdır.
Liseyin ərazisində yaşayış üçün yararlı olmayan, sanitar-gigiyena, texniki, yanğın təhlükəsizliyi normalarına cavab verməyən, müxtəlif alova davamsız materiallardan, əsasən, köhnə taxta və fanerdən quraşdırılmış tikililərdə məskunlaşan məcburi köçkünlər liseyin binası söküləcəyi təqdirdə onlara qarşı hansı tədbirlər görüləcəyi ilə bağlı narahatlıqlarını ifadə etmişlər.
Sakinlərin müraciətlərini dinləyən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov həmin ünvanda qəzalı vəziyyətdə olan tikililərin sökülməsi və orada məskunlaşan  məcburi köçkünlərin başqa yaşayış sahələrinə köçürülməsi ilə əlaqədar aidiyyatı dövlət orqanlarına müraciət olunduğunu bildirmişdir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən bu tikililərdə məcburi köçkünlərin yaşamasının  təhlükəli olması müəyyən olunmuşdur.

Keçidlər