Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA HƏQİQİ HƏRBİ XİDMƏTƏ TƏNTƏNƏLİ YOLASALMA MƏRASİMİ KEÇİRİLMİŞDİR

14 iyul 2016 | 11:00

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 02 iyun 2016-cı il tarixli sərəncamına uyğun olaraq, iyulun 1-dən başlayan növbəti həqiqi hərbi xidmətə çağırış davam edir. Bu gün Ukrayna meydanı yaxınlığında yerləşən Heydər Əliyev parkında  Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə çağırış yaşı çatan gənclərin təntənəli ordu sıralarına yola salma mərasimi keçirilib.    
İlk öncə tədbir iştirakçıları rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Xətai rayon idarəsinin nümayəndələri, rayonun müəssisə və təşkilatının rəhbərləri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri, çağırış yaşı çatan gənclər, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri və digər qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.   
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Razim Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, Ulu Öndər, Ümummilli liderimizin şah əsəri olan Müstəqil Azərbaycan Respublikası bu gün möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin yeritdiyi inamlı siyasət nəticəsində günbə gün inkişaf edir, çiçəklənir, dünyanın aparıcı dövlətlərindən birinə çevrilir. Amma təəssüflər olsun ki, hələ də torpaqlarımızin bir hissəsi düşmən işğalı altındadır. Bu da əlbəttə ki, hər bir azərbaycan vətəndaşını narahat edir. Lakin qüdrətli Azərbaycan Ordusu hər an, hər saniyə torpaqlarımızı düşmən tapdağı altından azad etməyə hazırdı. Məlum aprel hadisələri zamanı biz bir daha bunun şahidi olduq. Və bu gün də orduya yola saldığımız bu gəncləri görəndə bu inam hissi daha da artır. İnanırıq ki, tez bir zamanda Ali Baş Komandanın rəhbərliyi altında zəfər bayramını qeyd edəcəyik. Mən bir daha vətənin keşiyini çəkmək üçün ordu sıraların yola düşən gənclərimizə uğurlar arzulayıram.
Tədbirdə digər çıxış edənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xətai Rayon Dövlət İdarəsinin rəisi Eldar Tağıyev, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri  İctimai Birliyi Xətai rayon şöbəsinin sədri Fuad Salahov, çağrışçı Elnur Nəbiyev və digərləri vətənin müdafiəsinə yola düşən gənclərə əsl mərdlik, şücaət məktəbini şərəflə keçməyi, hərbi  texnikanın sirlərini  mükəmməl öyrənməyi, hər an torpaqlarımızın azadlığı uğrunda müsəlləh əsgər olmağı arzuladılar.
Sonra hərbi xidmətə yola düşən gənclərə rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri verildi.
Tədbir  Xətai rayonunda fəaliyyət göstərən mədəniyyət evinin kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirildi.

Keçidlər