Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində müşavirə keçirilib

27 iyul 2016 | 11:00

27 iyul 2016-cı il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərliyi ilə müşavirə keçirilib.
Müşavirədə 26 sentyabr 2016-ci il tarixə təyin edilmiş ümumxalq səsverməsi - Referenduma hazırlıq,  “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” dövlət proqramı çərçivəsində rayon ərazisində görülən işlər, rayon ərazisində aparılan abadlıq-quruculuq və təmizlik işləri, ali məktəblərə qəbul üzrə rayon məktəblilərinin göstərdiyi ilkin nəticələr, rayon ərazisindəki qəzalı binalarda aparılan söküntü işləri və digər  məsələlər müzakirə olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov aidiyyatı idarə- müəssisə rəhbərlərinə görülən işlərə nəzarətin daha da gücləndirilməsi, vətəndaşların sikayət və müraciətlərinə həssaslıqla yanaşılması barədə tapşırıq verdi.

Keçidlər