Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı əsaslı təmir edilən orta məktəblərdə işin gedişatı ilə tanış olub

26 avqust 2016 | 11:00

       Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bu gün İcra Hakimiyyəti Başçısının müavinlərinin, şöbə müdirlərinin və rayon Mənzil Kommunal Təssərüfat Birliyinin, Xətai rayon Xətai bələdiyyəsini rəhbərlərinin, digər xidmət sahələrinin nümayəndələrinin müşaiyətilə rayon "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində əsaslı təmir olunan və yeni tədris korpusları inşa edilən  261, 265, 245 və 58 saylı tam orta məktəblərdə aparılan təmir işləri ilə tanış olmaq üçün həmin məktəblərə gəlib.
         Məlumat verilib ki, 1979-cu ildə tikilən 261 saylı məktəb 1176 şagird yerlik, 1983-cü ildə tikilən 265 saylı məktəb 1117 şagird yerlik,  1926-ci ildə tikilən 58 saylı məktəb 420 yerlik, 1968-ci ildə tikilən 245 saylı məktəb isə 870 yerlikdir.
        58 saylı orta məktəb 1926-cı ildə  Qızlar gimnaziyası kimi fəaliyyətə başlayıb, II Dünya  müharibəsi illərində Hərbi Hospital kimi fəaliyyət göstərib. 1946-cı ildən isə uyğunlaşdırılaraq orta məktəb olub. Əsaslı təmirdən və yeni tədris korpusunun inşasından sonra məktəbdə 800 şagird təhsil alacaq. 245 saylı orta məktəbdə isə yeni tədris korpusunun inşasından sonra şagirdi yerinin sayı 1350-yə çatacaq.
    İş prosesi ilə tanış olduqdan sonra başçı Razim Məmmədov son tamamlama işlərini vaxtında başa çatdırmaq üçün həmin məktəblərin ətraflarında aparılan abadlıq-quruculuq işlərini sürətləndirməklə bağlı əlaqədar təşkilatlara və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər