Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahmat” idman növü üzrə yarış keçirilmişdir.

19 oktyabr 2016 | 11:00

Xətai Rayon İcra Hakimiyyəti  və  rayon Gənclər və İdman İdarəsinin birgə  təşkilatçılığı ilə 17-20 oktyabr 2016-cı il tarixlərdə Xətai rayon Dama-Şahmat Klubunda rayon məktəblilərinin XXIX Spartakiadasının proqramına daxil olan “Şahmat” idman növü üzrə yarış keçirilmişdir.Yarışda rayonun 21 məktəb komandası tərkibində 126 nəfər məktəbli (onlardan 42 nəfəri qızlardır) iştirak etmişdir. Yarışda  birinci  yeri 269 №li, ikinci  yeri 264 №li, üçüncü yeri 138 №li tam orta məktəblərin komandaları tutmuşlar.Yarışda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.    
Rayon mərhələsində qalib gəlmiş məktəbin komandası “Şahmat” idman növü üzrə  Bakı şəhər məktəbliləri arasında keçiriləcək  yarışda rayonumuzu təmsil etmək hüququ qazanmışdır.

Keçidlər