Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində müşavirə keçirildi

10 dekabr 2016 | 11:00

10.12.2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti Başçısı Razim Məmmədovun iştirakı ilə müşavirə keçirildi. Müşavirədə qış mövsümü ilə əlaqədar hazırlanmış tədbirlər planının icra vəziyyəti, qazanxanaların fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün  lazımi işlərin həyata keçirilməsi, eləcə də qaz, su, istilik və elektrik enerjisi ilə təchizatın keyfiyyətlə həyata keçirilməsinə nəzarət, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinin gedişatı və digər məsələlər müzakirə edildi. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov vətəndaş müraciətlərinə, həmçinin, səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan problemlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılması və bu problemlərin həll olunması məqsədilə bütün  mümkün olan vasitələrdən  maksimum istifadə edilməsinin vacibliyini vurguladı.

Keçidlər