Şriftin ölçüsü :

Saytın rəngi :

Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə səyyar görüş keçirildi

23 dekabr 2016 | 11:00

2016-cI il dekabrın 23-də Əhmədli qəsəbə  İnzibati  Ərazi Dairəsi üzrə nümayəndəlikdə sakinlər ilə görüş keçirildi. Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, dövlət idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri , eləcə də rayon sakinləri iştirak edirdilər. Görüşdə sakinlərə son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə və rayonumuzda abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verildi. Səyyar görüşdə iştirak edən sakinlər rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Əsasən, istilik, məhəllədaxili  bəzi yolların təmiri, işıqlandırılması, qazın təzyiqinin  zəifliyi və digər kommunal məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər