Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar faciəsinin 27-ci ildönümünə hazırlıq məqsədilə Xətai rayonunda silsilə tədbirlər həyata keçirilir

06 yanvar 2017 | 11:00

20 yanvar faciəsinin 27-ci ildönümünə hazırlıq məqsədilə Xətai rayonun orta ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilir.
  Bu tədbirlər çərçivəsində  şagirdləri arasında “Qanlı Yanvar” mövzusunda  rəsm  müsabiqəsi keçirilir. Verilmiş mövzu üzrə rəsm işlərinin 11 yanvar 2017-ci il tarixədək Xətai rayon Gənclər və İdman İdarəsinə təqdim olunması nəzərdə tutulmuşdur.  Həmçinin 10 yanvar 2017-ci il tarixdə saat 14:00-da 95 № li tam orta məktəbdə   “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçiriləcəkdir. İnşa yazıları Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış xüsusi dəftərlərdə yazılacaq. Müsabiqədə hər bir orta ümumtəhsil müəssisəsindən 1 nəfər yuxarı sinif şagirdinin (9-11-ci sinif) iştirakı nəzərdə tutulmuşdur. 
Hər iki müsabiqənin rayon mərhələsində 1, 2 və 3-cü yerləri tutmuş şagirdlər Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Keçidlər