Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə gənclər arasında “Mini futbol” turniri keçirilmişdir

02 fevral 2017 | 11:00

Xətai rayonunda “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə  Xətai Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclər arasında “Mini futbol” turniri keçirilmişdir. Turnirdə ümumilikdə 16 komanda iştirak etmişdir. Turnirin yekun nəticələrinə görə “Dadaşlar” komandası I yeri, “Legion” komandası II yeri, “Zirvə” komandası III yeri tutmuşdur. Qalib komandalar Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılmışlar.

Keçidlər