Şriftin ölçüsü :

Saytın rəngi :

Xətaİ rayonundaa əhalİinİn İcbarİ tİbbİ müayİnədən keçİrİlməsİnə start verİldİ

15 fevral 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin icbari tibbi müayinədən keçirilməsi tapşırığına əsasən,  bütün respublika ərazisində olduğu kimi  Xətai rayonunda da 15 fevral 2017-ci il tarixdən tibbi müayinə aylığına start verilmişdir.

Aksiya çərçivəsində Xətai rayonunda yaşayan vətəndaşlar rayon ərazisində yerləşən 6, 7, 28, 38 saylı Şəhər Poliklinikalarında, 22 saylı Birləşmiş Şəhər Xəstəxanasında və Zığ Sağlamlıq Mərkəzində  tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçəcək, ehtiyacı olanlara ambulator və stasionar  müalicə xidməti göstəriləcəkdir.

İşlərin yüksək səviyyədə aparılması məqsədilə Xətai rayon icra hakimiyyəti tərəfindən komissiya da yaradılıb. Yaradılan işçi qrupu əhalinin bu vacib kampaniyaya mütəşəkkil cəlb edilməsi üçün müvafiq təbliğat işləri aparır. İnsan sağlamlığının qorunması iqtisamətində Ölkə başçısının əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq, Azərbaycanda ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. İlk dəfə Azərbaycanda keçirilən aksiyada əsas məqsəd insanlarda xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etməkdir. Burada ən vacib məqam səhiyyə ocaqlarının müasir səviyyədə qurulmasıdır ki, bu da ölkəmizdə ən yüksək səviyyədə həyata keçirilir.Əhalinin sayına görə ən böyük paytaxt rayonu olan Xətai rayonunda da bu istiqamətdə mühüm addımlar atılır. Prezidenti İlham Əliyevin tapşırığına əsasən rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təhciz edilib.Bu da sakinlərin lazımı qaydada müayinədən keçməsinə zəmin yaradır. Aksiya may ayının 1-dək davam edəcəkdir.

 

Keçidlər