Şriftin ölçüsü :

Saytın rəngi :

Xətaİ rayonunda Xocalı soyqırımının 25-cİ İldönümünün keçİrİlməsİ İlə bağlı qərargah yaradılmışdır

24 fevral 2017 | 11:00

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq Xətai rayonunda da  silsilə tədbirlərin keçirilməsi  davam edir.  Hər il olduğu kimi ölkə ictimaiyyəti tərəfindən Xətai rayonunda yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunacaq.  Xətai rayon İcra Hakimiyyəti tərəfindən  bu mühüm tədbirin həyata keçirilməsinə xüsusi diqqətlə yanaşılır və bütün hazırlıq işləri birbaşa rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun nəzarəti altında həyata keçirilir.

Hazırlıq işlərinin vaxtında və səmərəli başa çatması və tədbirin yüksək səviyədə təşkili üçün Xətai rayon İcra Hakimiyyətində yaradılmış qərargah 24.02.2017-ci il tarixdən fəaliyyətə başlamışdır.  Qərargahın fəaliyyəti çərçivəsində tədbir iştirakçılarına Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə xüsusi hazırlanmış döş nişanları və bukletlərin paylanılmasına başlanılmışdır.

Keçidlər