Şriftin ölçüsü :

Saytın rəngi :

"XOCALI QAN YADDAŞIMIZ" ADLI TƏDBIR KEÇİRİLİB

24 fevral 2017 | 11:00

Xocalı qətliamından 25 il ötməsinə baxmayaraq o qanlı faciənin dəhşətləri şahidlərin gözü qarşısından hələ də getmir. Qanlı faciənin 25-ci ildönümü ilə bağlı 24.02.2017-ci il tarixdə Xətai rayonunda yerləşən Respublika Bədii Yaradıcılıq Mərkəzində  tədbir keçirilib.

Gənclərin hazırladıqları "Xocalı qan yaddaşımız" adlı ədəbi-bədii kompazisiyada müharibənin dəhşətləri, ermənilər tərəfindən dinc sakinlərə qarşı edilən amansız vəhşiliklər, Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlar təsfir olunub. 

 Tədbirdə Xocalı faciəsinin tarixi barədə məlumat verən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyevə çıxış edərək diqqətə çatdırıb ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Natiq qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslə vətənpərvərlik hissini aşılamaq, onları maarifləndirməkdir.

Sonra tədbir iştirakçıları Xocalı parkına gələrək faciə qurbanların xatirəsinə ehtiramlarını bildiriblər.

 

 

Keçidlər