Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNDƏ XOCALI ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

25 fevral 2017 | 11:00

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı 25.02.2017-cı il tarixdə Xətai rayon İcra Haklimiyyətində Xocalıdan olan  şəhid ailələri ilə görüş keçirilib.

Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva çıxış edərək bildirib ki, hazırda Xətai rayonu ərazisində  Xocalıdan olan 12 ailə məskunlaşıb. Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadan həyata keçirilən bu soyqırım aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addımdır. Prezident İlham Əliyevin rəhbərliyi altında bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirilir. Maarifləndirmə işləri çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən də xüsusi bukletlər hazırlanıb, müəssisə və təşkilatlara paylanılıb.Çıxış edən rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov da  faciənin tarixindən danışıb. Bildirib ki, bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror kimi daxil olub.Xocalı hadisələrinin şahidləri isə həmin qanlı faciə günü baş verənlərdən və onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.Sonra tədbir iştirakçıları Xocalı parkına gələrək faciədə həlak olanların xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər.

 

 

Keçidlər