Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNDƏ 2016-CI İLİN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARINA HƏSR OLUNMUŞ HESABAT YIĞINCAĞI KEÇİRİLİB

28 fevral 2017 | 11:00

28.02.2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda rayonun əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən danışılıb.

Tədbirdə  Xətai  Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Hüseynbala Mirələmov, Səməd Seyidov,   RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq- mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

          Tədbir iştirakçıları əvvəlcə rayon ərazisində yerləşən Heydər Əliyev adına parkda Ulu Öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzərək,  dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiribər. Sonra rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən foto stendə baxıblar.

Tədbirdə  Xətai RİH başçısı aparatının əməkdaşları, RİH başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Rayon Məhkəməsinin sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri və əməkdaşları, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının, kommunal-xidmət təşkilatlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak etiblər.

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi Xətai rayonunun sosial-iqtisadi həyatında da 2016-cı il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi.  O çıxışında bildirdi ki, artıq 25 ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir. Qeyd etmək yerinə düşər ki, müstəqil  dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Natiq bildirdi ki, Xətai rayonu da ölkədə aparılan uğurlu siyasətdən öz payını götürdü, Ölkə prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonumuz daha da çiçəkləndi, vətəndaş məmnunluğuna hesablanan dövlət siyasəti həyata keçirildi.

Daha sonra hesabat yığıncağında Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Hüseynbala Mirələmov, Səməd Seyidov,  Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Tağı Tağıyev, rayon prokuroru Yusif İldırımzadə, DSMF-in Xətai rayon şöbəsinin rəisi Elçin Məmmədov, 2 saylı ASAN Xidmət mərkəzinin direktor müavini Şahbaz Rüstəmov, rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Pənah İmanov, sahibkar Əbülfəz Qafarov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən, respublimazda, həmçinin, Xətai rayonunda həyata keçirilən işlərdən danışdılar. Dövlət başcısının tövsiyyə və tapşırıqlarına uyğun olaraq rayonun müvafiq strukturlarının fəaliyyəti təhlil olundu, qarşıda duran vəzifələrdən söhbət açıldı. Sonra rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxsin mükafatlandırma mərasimi oldu.

Şura iclasının qərar layihəsi və Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra  hesabat yığıncağına Rayon İcra Hakimiyyətinin başçısı  Razim Məmmədov yekun vuraraq bildirdi ki, 2017–ci ildə də Dövlət başçısı cənab İlham Əliyevin layiqli və uğurlu siyasəti ilə uğurlarımıza yeni uğurlar qatılacaq və naliyyətlərimiz daha çox olacaqdır. Çünki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.

 

 

 

Keçidlər