Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA ABADLAŞDIRMA VƏ YAŞILLAŞDIRMA İŞLƏRİ DAVAM ETDİRİLİR

01 mart 2017 | 11:00

Xətai rayonunda davam edən abadlaşdırma və yaşıllaşdırma tədbirləri çərçivəsində 01.03.2017-ci il tarixdə rayonun Sadıqcan, Zığ yolu küçələri və Gəncə prospekti boyunca   təmizlik və  yaşıllaşdırma işləri aparılıb.
Yaşıllıq zolaqlarına yeni qazon vurulub, müxtəlif çeşidli gül kolları və dekorativ ağaclar  əkilib, binaların fasadları rənglənib. Mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, çoxillik güllərə qulluq göstərilib, əkilən güllərin alağı təmizlənib,  suvarılıb, parklar quru ot və alaqlardan təmizlənib, ərazidə olan çəmənliklərə gübrə verilib.
Məhəllələrdə sakinlər tərəfindən qeyri-qanuni zəbt edilərək çəpərlənmiş ərazilərdə çəpərlər və yararsız tikililər  sökülüb, həmin ərazilər məişət tullantılarından təmizlənib. Eyni zamanda mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri   həyata keçirilib.
Rayonda gedən abadlıq, yaşıllaşdırma işlərini daim nəzarətdə saxlayan rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov əraziyə baxış keçirib, müvafiq tapşırıqlar verib. Hazırda işlər davam etdirilir.

Keçidlər