Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

01 mart 2017 | 11:00

Prezident cənab İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Xətai rayonundakı  “Mirtağı” məscidində “Multikulturalizm Azərbaycanda həyat tərzidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşı, dini icma sədrləri, din xadimləri, ziyalılar və ağsaqqallar iştirak ediblər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti aparatının şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov Azərbaycanın islam aləmində çox böyük hörmətə malik olduğunu, Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunmasının olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu qeyd edib. Multikultural dəyərlərin qorunduğu məkanlardan biri olan Xətai rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə belə maarifləndirmə tədbirlərinin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayan natiq lahiyənin işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Aslan Aslanov, məsləhətçi Vasif Musayev “Mirtağı” dini icmasının sədri Hacı Mircəfər Nəsirov və məscidin axundu Hacısəlim Kərimovun çıxışları dinlənilib.

İştirakçılar dini sahəyə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyat paylanılıb.

           

 

Keçidlər