Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI “ÖLKƏMİZİ TANIYAQ” DEVİZİ ALTINDA KEÇİRİLƏN AKSİYA İLƏ BAĞLI MƏSUL ŞƏXSLƏRƏ TAPŞIRIQLAR VERDİ

06 mart 2017 | 11:00

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə artıq bir neçə ildir ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ölkə məktəbliləri   Respublikamızın ərazisində maarifləndirici tur-aksiyalarda iştirak edirlər. Xətai rayonu üzrə  9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” tur-aksiyaları mart ayının 16-19-da Naxçıvan Muxtar Respublikası istiqamətində keçiriləcəkdir. Tur-aksiyada 27 şagird və onlara məsul olan  bir rayon İcra Hakimiyyətinin nümayəndəsi, 1 müəllim və   bir həkim olmaqla 3 tur rəhbəri iştirak edəcək.

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdığını və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Həmçinin, gənclərimizə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrətməklə yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.

6 mart 2017-ci il  tarixdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək aksiya ilə bağlı  İcra Hakimiyyətindən məsul olan şəxslərlə görüşmüş, təşkilati məsələlərlə bağlı geniş müzakirələr aparmışdır. Müzakirələr çərçivəsində rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov öz tapşırıq və tövsiyyələrini vermişdir.

 

Keçidlər