Şriftin ölçüsü :

Saytın rəngi :

MİLLİ QƏHRƏMANIN ATASI İLƏ GÖRÜŞ

10 mart 2017 | 11:00

10.03.2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Kərim Vəliyev və  Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə  Ölkə başçısı cənab Prezident tərəfindən təqdim edilmiş mənzildə Milli Qəhrəmanın atası  Salman Qurbanovla görüşmüş, mənzildə aparılan təmir işlərinin gedişatı və  ailənin qayğıları ilə maraqlanmışlar.

Şəhidin atası Salman Qurbanov ailəsinə göstərilən  yüksək diqqət və dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab  İlham Əliyevə  təşəkkürünü bildirmişdir.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuşdur. Onun nəşi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyati dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində qarşı tərəfdən alınmışdır. Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, həmçinin, Ölkə Başçısı    tərəfindən şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalı təqdim olunmuşdur.

 

 

Keçidlər