Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 24 saylı məktəbdə Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilmişdir

07 aprel 2017 | 11:00

07.04.2017-ci il tarixdə Xətai rayonundakı 24 saylı tam orta məktəbdə Xətai rayon İcra Hakimiyyətinin Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Xətai rayon filialı ilə birgə təşkilatçılığı ilə  tədbir keçirildi. Məlum Aprel döyüşlərinin ildönümünə həsr olunan tədbirdə  “Döyüş gündəliyi” filminin də  təqdimatı oldu.

Qarabağ müharibəsi iştirakçılarının, Böyük Vətən Müharibəsi veteranlarının, həmçinin, aprel döyüşlərində şəhid olmuş  Rəşad NiftalılınınXaliq Əzizzadənin valideynlərinin  iştirak etdikləri tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov   bir il əvvəl məlum aprel hadisələri zamanı Azərbaycan əsgərinin göstərdiyi rəşadətdən, tarixə yazdığı qəhrəmanlıqdan söz açaraq bildirdi ki, bu hadisələr bir daha sübut etdi ki, Müstəqil Azərbaycanımızın memarı Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu rəşadətli Azərbaycan Ordusu artıq Azərbaycan Respublikasının rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını düşmən tapdağından azad etməyə hər an hazırdır və hər bir Azərbaycan vətəndaşı bu anı səbirsizliklə gözləyir. Bildirildi ki, Azərbaycan ordusunun rəşadətli döyüş yolunda bəhs edən belə filmlər insanlarımız arasında ruh yüksəkliyini, gənclərimizə vətən, torpaq sevgisini daha da artırır. Natiq yetişməkdə olan gənc nəslə vətənpərvərlik ruhunda böyümələri üçün öz tövsiyələrini verdi və şəhid ailələrinə təşəkkür edərək bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd etdi.

Digər çıxış edənlər məktəbin direktoru Pərvanə Abbasova,  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Xətai rayon filialının sədri Fuad Salahov, birliyin Nizami rayon filialının sədri Məhin Mehdiyev, Müharibə Veteranları Xətai rayon şöbəsinin sədri Nəcibə Məhərrəmova, yazıçı-publisist İbrahim Rüstəmli,  şəhid Rəşad Niftalılının atası Şakir Niftalıyev, şəhid Xaliq Əzizzadənin atası Həsən Qasımov, “Döyüş gündəliyi” filminin müəllifi Tofiq Şahmuradov şəhid ailələrinə, veteranlara olan diqqətə görə dövlət başçısı İlham Əliyevə, birinci vitse-prezident xanım Mehriban Əliyevaya, eləcə də Xətai rayon rəhbərliyinə minətdarlıqlarını bildirdilər. Bu gün hər bir şəhid ailəsi, müharibə veteranı, müharibə iştirakçısı, müharibə əlili üzərində dövlət qayğısını, ölkə rəhbəri cənab İlham Əliyevin, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın sevgisini hiss edir. İndi  hər bir azərbaycanlı Qarabağda, Xocalıda, Şuşada üçrəngli bayrağının sancılacağı günü səbirsizliklə gözləyir.

Sonra Tofiq Şahmuradovun müəllifi olduğu, aprel döyüşləri zamanı Talış kəndinin azad olunmasına həsr edilmiş ssenarisi Elçin Əliyevə məxsus “Döyüş gündəliyi” filminə baxıldı.

Tədbir ədəbi-bədii hissə ilə davam etdirildi.

 

Keçidlər