Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi idman və turizm oyunlarının rayon birinciliyi keçirilib

08 aprel 2017 | 11:00

08 aprel 2017-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət və Turizm,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsinə start verilib. Yarışlarda rayonunun 37 orta ümumtəhsil məktəbindən  518 şagird iştirak edib.

Tədbir iştirakçıları  Ali Hərbi məktəbdə Ulu Öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Daha sonra  çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildiriblər ki,  bu gün ölkədə aparılan islahatlar idman sahəsində də özünü göstərir. Belə ki, son illərdə idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlar, qazanılan nəticələr onu deməyə əsas verir ki, bu gün məhz bu sahə dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Həmçinin, qeyd olundu ki,  bu  günlərdə ölkəmiz daha bir möhtəşəm tədbirin  –IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

Daha sonra Xətai rayonu üzrə 37 məktəbin 518 şagirdi arasında keçirilən hərbi yarışlara start verildi. Yarışda hər bir komandanın tərkibi 14 nəfər (10 oğlan, 4 qız)  olmaqla 8 - 10-cu sinif şagirdləri  iştirak edirlər.  Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayacaqlar. Hər bir komandanın xalı münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndiriləcək. Qalib komanda Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

Qeyd edək ki,  2016-cı ildə keçirilən yarışlarda Xətai rayonunu təmsil edən 138 № li tam orta məktəbin komandası Bakı şəhər zona birinciliyində I yeri, Respublika final mərhələsində isə II yeri tutmuşdur. 

 

 

 

Keçidlər