Şriftin ölçüsü :

Saytın rəngi :

“İSLAM HƏMRƏYLİYİ: DİNİ TOLERANTLIĞIN AZƏRBAYCAN NÜMUNƏSI” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

15 aprel 2017 | 11:00

14 aprel 2017-ci il tarixdə Xətai rayonundakı  58 saylı tam orta məktəbdə “İslam Həmrəyliyi ili” çərçivəsində “İslam həmrəyliyi:Dini tolerantlığın Azərbycan nümunəsi" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin  müdiri Pənah İmanov çıxış edərək ölkəmizdə multikulturalizm, tolerantlıq, dini dözümlülük sahəsində hələ bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün  cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətindən, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dünya mədəniyyətinə verdiyi töhfələrdən, xeyriyyəçilik tədbirlərindən danışaraq bildirdi ki, bu gün Müstəqil Azərbaycanımız bir çox sahələrdə olduğu kimi dini tolerantlıq və multikulturalizim siyasətində də dünyada böyük nüfuza sahib olan ölkəyə çevrilib. Tolerantlıq  və dini dözümlülük Azərbaycan cəmiyyətinin tərkib hissəsidir. Müxtəlif xalqların, etnik qrupların arasında olan mehribanlıq, həmin xalqlara və qruplara məxsus dini inanclar və ibadətlər qarşılıqlı hörmət və bərabərlik ruhunda davam edir. Bu gün dünyanın bir sıra aparıcı universitetlərində Azərbaycan multikulturalizmi ayrıca fənn kimi tədris edilir.     

Tədbirdə çıxış edən məktəbin direktoru Ulduzxan Abdullayev,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsləhətçiləri Aslan SultanovSamir Yoldaşov, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi ili”ndən söz açaraq bildirmişlər ki, ölkəmizdə keçirilən tolerantlıq və multikulturalizmlə bağlı beynəlxalq səviyyəli tədbirlər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük tövhələr verir. Ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması da məhz Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır.

Tədbirdə eləcə də dini ekstremizm və radikalizmlə hüquqi-inzibati istiqamətdə aparılan mübarizə və həyata keçirilmiş tədbirlər haqqında geniş məlumatlar  verildi. Tədbirin yekununda “Fitnə” filmi nümayiş etdirildi.

Keçidlər