Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR

17 aprel 2017 | 11:00

17 aprel  2017-cı il tarixdə rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu keçirilmişdir. Qəbulda ümumilikdə 16  vətəndaş iştirak etmişdir. Müraciət edənlərdən Natiq Nadirov, Rafiq Xeyrullayev, İradə Mikaylova, Qafar Heydərov, Sultan Əhmədova, Fazil Hacıyev, Abdulla Seyidov və digər vətəndaşlar tərəfindən əsasən, sosial və  kommunal, həmçinin, “Ağ şəhər” layihəsi çərçivəsində sökülən evlərə görə kompensasiyaların ödənilməsi ilə bağlı müraciətlər dinlənilmişdir.  Sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər. Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

Keçidlər