Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi münasibətilə keçirilən tədbirlər davam edir

28 aprel 2017 | 11:00

Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım  Əliyevanın anadan olmasının 94 illiyi Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında da qeyd edilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirib ki, ömrünün çox hissəsini Azərbaycan elminə həsr edən görkəmli alimin səhiyyə sahəsində, xüsusilə də, oftalmologiya elminin inkişafında misilsiz xidmətləri var. Zərifə xanım Əliyeva yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşib. 
YAP-nın Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, rayon ziyalıları görkəmli alimin həm də nəcib, qayğıkeş insan, səmimi dost kimi yadda qaldıgıni dedilər. Qeyd olundu ki, Zərifə xanım Əliyeva peşəkar həkim olmaqla yanaşı, həm də ictimai xadim, millətinə, vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı, xeyirxah əməllər sahibi kimi yaddaşlara həkk olunub.

Keçidlər