Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 59 saylı orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi xüsusi təntənə ilə qeyd edilib

02 may 2017 | 11:00

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bir sıra təhsil müəsisələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir rayonun 59 saylı orta məktəbində təşkil edilib.
Xətai rayonundakı 59 saylı orta məktəbdə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva çıxış edərək dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev  Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymaqla yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsi üçün ciddi islahatlar aparıb. Diqqətə çatdırıb ki, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunub, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib. Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanılıb.
Çıxış edən 59 saylı orta məktəbin direktoru Kəmalə Şıxlinskaya qeyd edib ki, ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsi məhz Heydər Əliyev  əməyinin nəticəsidir. Bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb.
Məktəblilərin rəngarəng çıxışları, şeirlər, musiqilər tədbir iştirakçılarına maraqlı anlar yaşadıb.
Şagirdlərin hazırladıqları gül kompazisiyaları isə alqışlarla qarşılanıb.

Keçidlər