Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Yaxşılıqda həmrəy olaq” başlığı altında tədbir keçirilib

04 may 2017 | 11:00

Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar “Yaxşılıqda həmrəy olaq” başlığı altında tədbir keçirilib.

Tədbirdə “Cığır” Sosial Rifah İctimai Birliyinin üzvləri, Əhmədli dini icmanın müəllim və tələbələri, Xətai rayon 73, 120, 179, 245, 261, 263, 304, 431 saylı tam orta məktəbin şagirdləri, kitabaxananın əməkdaşları və oxucuları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Xətai rayon MKS-nin uşaq şöbəsinin baş kitabxanaçısı T.Quliyeva açaraq tədbir iştirakçılarını salamlayıb. İslam ölkələrinin hər gün yeni təhdidlərlə üzləşdiyini və belə bir şəraitdə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsinin bu mənfi ənənəyə, habelə qərbin bəzi dairələrinin islamofob mövqeyinə bir növ “yox” deyilməsi olduğunu bildirdi. Həmçinin, ölkəmizdə yaşayan vətəndaşların mütləq əksəriyyətinin İslam dininin mənsubları olduğunu nəzərə alaraq, həmrəyliyin nə qədər böyük ictimai-mədəni əhəmiyyətinin olduğunu xüsusi vurğulayıb.

Tədbirdə BDU-nun ilahiyyət fakültəsinin, “İslamşünaslıq” Elmi-Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Y.Mirzəyeva, AMEA Şərqşünaslıq İstitutu, din və ictimai fikir şöbəsinin elmi işçisi D.Cəfərli, ADU-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dissertantı və müəllimi G.Ələkbərova, Əhmədli dini icmasının müəllimi Ü.Qəhrəmanova da söz alaraq bildirdilər ki, ölkəmiz tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib.

Sonra məktəblilərin çıxışında “Həmrəylik dünyanı xilas edəcək” adlı səhnəcik nümayiş olunub. Dini mövzulara həsr olunmuş şeirlər söyləyib və “Ey atalar dünyamıza dəyməyin” adlı sülh mahnısı səsləndiriblər.

Daha sonra tədbirdə iştirak edən dini qurumların nümayəndələrinə fəxri fərmanlar təqdim olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və "İslam Həmrəyliyi ili" nə həsr olunmuş sərgiyə və filmə baxış keçirilib.

Keçidlər