Home Contact Phone
background
  • Ünvan: Az 1025, Bakı Şəhəri, Xocalı prospekti 41
  • Faks: (+99412) 490-07-06;
  • E-mail: mail@khatai-ih.gov.az

Xəbərlər

  • Azərbaycan Ordusunun bugünkü döyüş əzmi və...

    Azərbaycan Ordusunun bugünkü döyüş əzmi və Ali Baş Komandanın qətiyyəti xalqa, millətə, Vətənə sevginin təzahürüdür

    2020-09-29

    Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim milli məsələmizdir. Biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun, tarixi ədalət bərpa edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ probleminin həllində üç əsas amili önə çəkirdi: dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək. Rəsmi Bakı ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini qətiyyətlə bəyan edir: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz.

  • Azərbaycan xalqı və ölkənin siyasi partiyalar...

    Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır

    2020-09-29

    Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!

  • Xalq, dövlət, ordu birliyi

    Xalq, dövlət, ordu birliyi

    2020-09-29

    Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi” haqqında Fərman imzalayıb. Ölkədə hərbi vəziyyətin elan olunması yüksək hərbi hazırlıqdan xəbər verir. Bu Fərman həm də xalq, dövlət və ordu birliyinə işarə edir. Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib. Bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır!

  • Azərbaycan Respublikasında qismən səfərbərli...

    Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2020-09-28

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin. 2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 28 sentyabr 2020-ci il.

  • Hərbi vəziyyət dövründə komendant saatının...

    Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2020-09-28

    Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 28.09.2020 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə qərara alıram: Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 28 sentyabr 2020-ci il.

  • Yolumuz haqq yoludur

    Yolumuz haqq yoludur

    2020-09-27

    Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki , Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq həqiqət uğrunda mübarizə aparmağa hazırdır. Azərbaycanın güclü ordusu erməni təxribatının qarşısını peşakarcasına alır və buna qadirdir. Aciz düşmən isə kütləvi olarq mövqelərini tərk edirlər. Azərbaycanın bu uğurlu mübarizəsi tezliklə qələbə ilə nəticələnəcəkdir.

  • Hərbi vəziyyət elan edilməsi haqqında Azərba...

    Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    2020-09-27

    2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq qərara alıram:

  • 27 sentyabr hadisələri Ermənistanın yeni işğ...

    27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin göstəricisidir

    2020-09-27

    İşğalçı Ermənistanın Azərbaycanın tarixi ərazilərini işğal etməsi, sonra həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması, Azərbaycanın əzəli-əbədi torpaqlarında təxribat törətməsi, dinc sakinlərə atəş açması dünya ictimaiyyətinin gözü önündə baş verirdi. 27 sentyabr 2020-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müraciət edərək Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verib.

  • Əhali arasında yoluxma hallarının qarşısın...

    Əhali arasında yoluxma hallarının qarşısının alınması məqsədilə fərdi izahetmə-xəbərdarlıq işləri davam etdirilir

    2020-09-26

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi,habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb. Qrup üzvləri təhkim olunduğu ərazilərdə olan insanlar arasında koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, habelə fərdi izahetmə-xəbərdarlıq işini aparırlar.

  • Nasizmin şöhrətləndirilməsi Ermənistanın d...

    Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir

    2020-09-23

    30 ildən artıqdır ədalətli həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinə, səsləndirdiyi qeyri-ciddi bəyanatlara, törətdiyi təxribatlara görə artıq dalana dirənib. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik.

  • Biz hər zaman beynəlxalq əməkdaşlığın simv...

    Biz hər zaman beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək veririk

    2020-09-23

    Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri Cənab İlham Əliyev videoformatda dərin məzmumlu və əhatəli çıxış edərək, olduqca əhəmiyyətli məsələlərə toxundu. Ölkəmizin başçısı iclasda insan hüquqlarının pozulması, maliyyə böhranları, silahlı münaqişələr, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizmin mənfi təsirləri haqda öz fikirlərini ifadə etdi. Cənab İlham Əliyev beynəlxalq hüququn təmin edilməsi məqsədilə səmərəli qlobal təsisatlara ehtiyacı olduğunu, bu baxımdan Qoşulmama Hərəkatının mühüm əhəmiyyət daşıdığını və BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına ehtiyac olduğunu da xüsusi olaraq vurğuladı. Hesab edirəm ki, BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.

  • N.Tusi küçəsi 9,13, 19 ünvanlarında  istilik ...

    N.Tusi küçəsi 9,13, 19 ünvanlarında istilik xətləri yenilənir

    2020-09-23

    N.Tusi küçəsi 9,13, 19 ünvanlarında istilik xətləri yenilənir. Dəyişilən istilik borusu uzun müddət istismar edildiyindən qış aylarında sakinlərin istiliklə təminatında problemlər yaradırdı. Görülən işlər çərçivəsində uzunluğu 250 metr olan istilik borusu yenisi ilə əvəz olunub.

  • Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!

    Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!

    2020-09-22

    Heydər Əliyevin uzun illər Sovet İttifaqı rəhbərliyində olması erməniləri separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar.

  • Erməni faşizmi bu gün də öz aktivliyi ilə g...

    Erməni faşizmi bu gün də öz aktivliyi ilə gündəmdədir

    2020-09-22

    Keçən əsrin əvvəllərində Azərbaycana daha bir zərbə vuruldu. Bu Qarabağın dağlıq hissəsində ermənilər üçün muxtar vilayətin yaradılması faktı idi.

  • “Abşeron” qaz-kondensat yatağının yeni mə...

    “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atmışdır

    2020-09-22

    “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atmışdır.

  • Bakı şəhərinin Xətai rayonu ərazisində avto...

    Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2020-09-19

    Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 18 sentyabr 2020, 12:10

  • N.Tusi küçəsi 11 və 19 ünvanlarında  asfaltl...

    N.Tusi küçəsi 11 və 19 ünvanlarında asfaltlanma işləri aparılır

    2020-09-18

    Yol infrastrukturunun yenidən qurulması, vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Xətai rayonunda asfalt döşənməsi işləri davam etdirilir.

  • Xətai rayonunda abadlıq-quruculuq işləri davam...

    Xətai rayonunda abadlıq-quruculuq işləri davam edir

    2020-09-17

    Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Abadlıq-quruculuq tədbirləri çərçivəsində daha bir neçə ünvanda işlər tamamlanmaq üzrədir.

  • Yeni Peşə Mərkəzlərinin yaradılması müasir...

    Yeni Peşə Mərkəzlərinin yaradılması müasir tələblərə cavab verən gənc kadrların yetişməsi deməkdir.

    2020-09-16

    Ölkədə aparılan təhsil islahatlarının prioritet sahələrindən biri peşə təhsili sahəsinin inkişaf etdirilməsidir. Bİr çox gənclər hər hansı bir peşəyə yiyələnməyə daha çox meyilli olurlar. Və bu sahədə həmin gənclərə öz sevdiyi peşəyə və yaxud sənətə dərindən yiyələnməsi üçün şərait yaradılmalıdır.

  • Prezident lham Əliyevin yeni dərs ilinin başlan...

    Prezident lham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti

    2020-09-15

    -Əziz müəllimlər, tələbələr, şagirdlər. Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür.

  • Xətai rayonunda küçə və prospektlərdə xüsu...

    Xətai rayonunda küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

    2020-09-13

    Gün ərzində rayonun Xocalı, Gəncə, Nobel prospektlərində, Y.Səfərov, İ.Zülfüqarov, X.Məmmədov, M.Rüstəmov, Neapol, Naximov, İ.İsmayılov, M.Hadi, Vunq-Tau. N.Tusi, Sarayevo və s. küçələrində genişmiqyaslı dezinfeksiya işləri aparılırb küçələr kimyəvi məhlulla xüsusi avtomaşınlarla yuyulub.

  • Xətai rayonunda mütəmadi olaraq mobil qruplar t...

    Xətai rayonunda mütəmadi olaraq mobil qruplar tərəfindən reydlər davam etdirilir.

    2020-09-12

    Xətai rayonunda mütəmadi olaraq mobil qruplar tərəfindən reydlər davam etdirilir.

  • Gəncə prospektində 27 və 39 saylı binaların ...

    Gəncə prospektində 27 və 39 saylı binaların dam örtüklərinin təmiri başa çatır

    2020-09-11

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə paytaxt Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri işləri Xətai rayonunda da uğurla davam etdirilir. Rayon ərazisində artıq 206 şoxmənzilli yaşayış binasında işlər başa çatıb. Binaların köhnə dam örtükləri sökülüb, sıradan çıxmış, çürümüş hissələri dəyişdirilir, damda suyun axıdılması üçün maillik qurulur, yeni örtük qatı çəkilir. Damlarda navalçalar yenilənir, tüstü bacaları təmir olunur və təmizlənir. Görülən işləriə, onların keyfiyyətinə, rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət edilir. Bununla əlaqədar təsərrüfat xidmətlərinin mütəxəssisləri gündəlik olaraq işlərin gedişatını, təmir zamanı istifadə edilən materialların keyfiyyətini yoxlayır, yol verilən texnoloji çatışmazlıqların dərhal aradan qaldırılmasını təmin edir.

  • Naximov küçəsi 6 saylı ünvanda  asfaltlanma i...

    Naximov küçəsi 6 saylı ünvanda asfaltlanma işləri həyata keçirilir

    2020-09-11

    Xətai rayonunda yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

  • Xətai rayonunda “Bizim həyət” layihəsi ç...

    Xətai rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib+VİDEO

    2020-09-10

    Sentyabrın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.