Home Contact Phone
background
  • Ünvan: Az 1025, Bakı Şəhəri, Xocalı prospekti 41
  • Faks: (+99412) 490-07-06;
  • E-mail: mail@khatai-ih.gov.az

Xəbərlər

  • Xətai rayonu ərazisində növbəti dəfə gücl...

    Xətai rayonu ərazisində növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb+VİDEO

    2020-07-04

    Koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Xətai rayonunda zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir. Rayon ərazisində xüsusi kimyəvi maddələrdən istifadə olunaraq çoxmənzilli yaşayış binalarının girişlərində, pilləkən qəfəslərində, lift kabinələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə, küçə və səkilərdə, avtobus dayanacaqlarında gücləndirilmiş dezinfeksiya işləri mütəmadi olaraq aparılır.

  • “2 iyul – Azərbaycan Polisi” gününə həs...

    “2 iyul – Azərbaycan Polisi” gününə həsr olunmuş sosial aksiya keçirilmişdir

    2020-07-01

    Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 30 iyun 2020-ci il tarixində “2 iyul – Azərbaycan Polisi” gününə həsr olunmuş sosial aksiya keçirilmişdir. “Mənim polisim” adlı sosial aksiya çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının və rayonun fəal gənclərinin iştirakı ilə Xətai rayonunda Covid-19 pandemiyası dövründə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunmuş qaydalarla bağlı quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyini, dəstəyini və təşəkkürünü bildirmişlər. Gerçəkləşən bu aksiya hüquq-mühafizə orqanlarında çalışan polisə gecə və gündüz ictimai əsayişin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, bu ərəfədə insanların saglamlığının qorunmasında, təhlükəsizliyin təminatında, hüquqa zidd halların qarşısının alınmasında apardıqları yorulmaz və əvəzsiz xidmətə bir təşəkkürdür. Əziz polislərimiz bayramınız mübarək!

  • Prezident İlham Əliyevin BMT Baş Assambleyasın...

    Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü qlobal liderliyin göstəricisidir

    2020-06-30

    Koronavirus pandemiyasına qarşı mübarizə ilk gündən hər bir ölkədən yalnız daxildə deyil, regional və qlobal çərçivədə birliyə, həmrəyliyə xidmət edən tədbirlərin gücləndirilməsinə çağırış etdi. Daim birləşdirici, sabitləşdirici mövqeyi ilə dünyanın diqqətində olan Azərbaycan bu müddətdə daxili tədbirləri ilə yanaşı, eyni zamanda, birliyə, həmrəyliyə xidmət edən təşəbbüslərini reallıqda təsdiqləməsi ilə diqqət çəkdi. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, həmçinin BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının videokonfrans şəklində Zirvə görüşləri keçirildi, bu beynəlxalq tədbirlərdə dünyaya “COVID-19-a qarşı birlikdəyik» mesajı ünvanlandı. Bu kimi tədbirlər beynəlxalq səviyyədə Azərbaycana və Prezidentimiz İlham Əliyevə olan böyük inamın və etimadın göstəricisi kimi dəyərləndirildi. Bu gün bu sıraya cənab İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü və ona verilən yüksək dəstək də daxil edilir.

  • Rəşadətli  Azərbaycan Ordusu hər an torpaqlar...

    Rəşadətli Azərbaycan Ordusu hər an torpaqlarını azad etməyə hazırdır!

    2020-06-29

    Bir neçə gün öncə Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümünü qeyd etdik. Təməli 1918-ci ildə qoyulan Azərbaycan Ordusu məhz Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra nizamlı ordu istiqamətində qurulmağa başladı. Bu gün isə möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin səyi və əməyi nəticəsində dünyanın ən güclü orduları sırasındadır. Dəfələrlə Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan sülhsevər, dinc yanaşı yaşamağı, iqtisadi inkişafı piroritet seçən bir dövlətdir. Lakin ölkəmizin 20 faiz torpaqlarını işğal altında saxlayan, bir milyondan artıq soydaşımızı doğma torpaqlarından didərgin salan, BMT və bir sıra beynəlxalq təşkilatların qərar və tələblərinə məhəl qoymadan həyasızcasına işğalçılıq siyasətini davam etdirən mənfur qonşumuz Ermənistanla hələ də müharibə şəraitindəyik.

  • Prezident İlham Əliyev Bakının Neapol küçəs...

    Prezident İlham Əliyev Bakının Neapol küçəsindəki yerüstü piyada keçidinin açılışında iştirak edib

    2020-06-22

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

  • İşğalçı Ermənistanda  Paşinyan və təmsil ...

    İşğalçı Ermənistanda Paşinyan və təmsil etdiyi siyasi qüvvələrə qarşı inamsızlıq gündən-günə artır

    2020-06-20

    Ermənistanda siyasi və iqtisadi böhran dərinləşməkdədir.Baş nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər digər tərəfdən Rusiya ilə "qaz anlaşması"nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır. Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışsa da müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır.

  • Ermənistan Respublikasının küçə təyinatlı ...

    Ermənistan Respublikasının küçə təyinatlı baş naziri Nikol Paşinyanın fəaliyyəti onun marianet mahiyyətindən irəli gəlir

    2020-06-20

    Ermənistan Respublikasının küçə təyinatlı baş naziri Nikol Paşinyanın fəaliyyəti onun marianet mahiyyətindən irəli gəlir. Nikol Paşinyanın hakimiyyətə meydandan qərbin xeyir- duası ilə gətirilməsi məlumdur. Missiyası marianetlik olan Paşinyan sələflərindən fərqli olaraq Rusiyanın deyil, qərbin sifarişi, tapşırığı ilə oynayır. Və bu zaman vurnuxmalarla yerini möhkəmlətmək istəyi də görünür. İnklüziv xarakterli bu " siyasi xadim " uzun illər hakimiyyətdə olmuş, möhkəm dayaqlara malik Qarabağ klanını zəiflətmək , öz yerini möhkəmlətmək üçün Qarabağ kartı ilə oynamağa üstünlük verməyə başladı. Bu zaman sifarişçlərinin və Rusiyanın maraqlarını tarazaşdıra bilmədi. Onun başbilənlərinin bucağın tənböləni rolunu oynaya bilməsi üçün qurduğu planlar iflasa uğradı. Çıxış yolu üçün etdiyi çabalar pandemiya dövründə bataqlığa girməsini daha da surətləndirdi.

  • 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş ...

    15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş “Biz fəxr edirik ki, Azərbaycanlıyıq!” adlı onlayn görüş keçirilib

    2020-06-16

    1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Xətai Rayon Gənclər və İdman İdarəsi, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Biz fəxr edirik ki, Azərbaycanlıyıq!” adlı onlayn görüş keçirilib. Görüşün məqsədi –Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanılması uğrunda gördüyü işləri gənc nəslə təbliğ etmək olmuşdur.

  • Xətai rayonunda ikinci və üçüncü dərəcəli...

    Xətai rayonunda ikinci və üçüncü dərəcəli yollar da abadlaşdırılır+VİDEO

    2020-06-16

    Ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi ilə yanaşı şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrinin də əsaslı təmiri və yenidən qurulması işləri aparılır.

  • Rayon ərazisində yaşıllaşdırma işləri dava...

    Rayon ərazisində yaşıllaşdırma işləri davam etdirilir

    2020-06-13

    Rayon ərazisində aparılan abadlıq-quruculuq işləri ilə yanaşı yaşıllıqların çoxaldılmasının təmin edilməsi istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq ağacəkmə tədbirləri də davam etdirilir.

  • Prezident İlham Əliyev Bakının Xətai rayonund...

    Prezident İlham Əliyev Bakının Xətai rayonunda “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib+VİDEO

    2020-06-11

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

  • İnsanların sağlamlığı dövlətimiz üçün b...

    İnsanların sağlamlığı dövlətimiz üçün birmənalı qaydada ən mühüm vəzifədir!

    2020-06-11

    Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın iyunun 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutan açılışında dövlətimizin başçısı COVİD-19 yeni növ koronavirusa qarşı həyata keçirilən tədbirlər barədə olduqca mühüm məqamlara diqqət çəkdi.

  • S.Ə.Şirvani küçəsində abadlıq və  yaşıll...

    S.Ə.Şirvani küçəsində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir

    2020-06-10

    Rayon ərazisində yaşıllıqların çoxaldılmasının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq ağacəkmə tədbirləri davam etdirilir. Hazırda rayonun S.Ə.Şirvani küçəsində həmişəyaşıl ağacların əkilməsi və yaşıllıq örtüyünün salınması davam etdirilir.

  • Avropa Şurasının riyakar mahiyyəti heç kim ü...

    Avropa Şurasının riyakar mahiyyəti heç kim üçün sirr deyil

    2020-06-08

    Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın 19 il bundan öncə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması ölkəmizin bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirdi. Ötən 19 ildən artıq dövrün Azərbaycana nə verdiyini təhlil etdikdə, yalnız bir məqam daha çox diqqəti çəkir: ikili yanaşma, ədalət meyarının maraqların arxasında əriməsi, Ermənistana dəstək. AŞPA-dan qondarma «Dağlıq Qarabağ respublikası»nda keçirilən qondarma prezident seçkilərinə münasibətdə susqunluğu bunun bariz nümunsidir.

  • Xətai rayonu ərazisində növbəti dəfə gücl...

    Xətai rayonu ərazisində növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb

    2020-06-07

    Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi barədə qərarına uyğun Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejimi tətbiq olunub. Həmin günlərdə Xətai rayonu ərazisində gücləndirilmiş dezinfeksiya işləri aparılaraq bütün küçələr xüsusi kimyəvi maddələrlə yuyulub.

  • Hər bir vətəndaş öz şəxsi məsuliyyətini h...

    Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməlidir!

    2020-06-05

    Mətbuatda xəbər verildiyi kimi Prezident İlham Əliyev bu günlərdə Tərtər, Ağcabədi rayonunlarına səfərdə olub, bir sıra vacib obyektlərin açılışında iştirak edib, vətəndaşlarla görüşüb. Ölkə rəhbərinin bu tədbirlərdə qoruyucu maskadan istifadə etməsi, sosial məsafə və digər müvafiq tövsiyələri gözləməsi sadə vətəndaşların gigiyenik qaydalara ciddi əməl etməsinə və məsələyə məsuliyyətlə yanaşmalarına nümunə və mesajdır.

  • Nobel prospektində abalıq-yaşıllaşdırma işl...

    Nobel prospektində abalıq-yaşıllaşdırma işləri davam etdirilir

    2020-06-02

    Rayonun simasının daha da gözəlləşməsi, yaşıllıqların çoxaldılması, ekoloji durumun yaxşılaşdırılmasının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq, yaşıllaşdırma və ağacəkmə tədbirləri davam etdirilir. Abadlıq işləri aparılan küçələrdə, məhəllədaxili ərazilərdə quruculuq və təmizlik işləri ilə yanaşı olaraq yaşıllıq örtüklərinin salınması və ağac əkimi həyata keçirilir.

  • Xətai rayonunda COVİD-19 ilə mübarizəyə dair...

    Xətai rayonunda COVİD-19 ilə mübarizəyə dair təbliğat işləri davam edir

    2020-06-01

    Xətai rayonunda COVİD-19 ilə mübarizə üzrə nəzərdə tutulan tədbirlərlərlə bağlı maarifləndirmə və təbliğat işləri həyata keçirilir. Xətai rayonunda ticarət, iaşə və xidmət obyektlərində TƏBİB tərəfindən hazırlanmış metodik göstərişlərdə qeyd olunmuş zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə təbliğat və maarifləndirmə işləri həyata keçirilir. Tədbir çərçivəsində xidmət sahələrində çalışan işçilərlə maarifləndirmə söhbətləri aparılır, xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vacibliyi vurğulanır. Diqqətə çatdırılır ki, mövcud vəziyyətlə əlaqədar olaraq işçi heyətinin mütəmadi olaraq maarifləndirilməsi, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı bir sıra tədbirlərin görülməsi labüddür. Habelə, xidmət sahələrində ümumi istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsinin əhəmiyyəti də qeyd edilir.

  • Xətai rayonunda növbəti dəfə genişmiqyaslı ...

    Xətai rayonunda növbəti dəfə genişmiqyaslı gücləndirilmiş dezinfeksiya işləri aparılır

    2020-05-30

    Xətai rayonunda küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır. Gün ərzində rayonun Xocalı prospekti, Gəncə prospekti, Y.Səfərov, M.Hadi, Naximov, və s. küçələrində genişmiqyaslı dezinfeksiya işləri aparılır, küçələr kimyəvi məhlulla xüsusi avtomaşınlarla yuyulur. Qeyd edək ki, bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə bu gün küçəyə çıxmamaq tövsiyyə olunur.

  • Nobel prospektində yaşıllaşdırma işləri dav...

    Nobel prospektində yaşıllaşdırma işləri davam edir

    2020-05-29

    Rayonun simasının daha da gözəlləşməsi, yaşıllıqların çoxaldılması, ekoloji durumun yaxşılaşdırılmasının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq, yaşıllaşdırma və ağacəkmə tədbirləri davam etdirilir. Abadlıq işləri aparılan küçələrdə, məhəllədaxili ərazilərdə quruculuq və təmizlik işləri ilə yanaşı olaraq yaşıllıq örtüklərinin salınması və ağac əkimi həyata keçirilir.

  • Xətai rayonunda bayram günlərində də  maarifl...

    Xətai rayonunda bayram günlərində də maarifləndirici manitorinqlər keçirilib+Video

    2020-05-27

    Xətai rayonunda koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində rayon İcra Hakimiyyəti, rayon Polis İdarəsi, Sanitar Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən maarifləndirici monitorinqlər aparılıb.

  • Dövlət – vətəndaş həmrəyliyinə töhfə: ...

    Dövlət – vətəndaş həmrəyliyinə töhfə: KÖLGƏDƏN IŞIĞA DOĞRU

    2020-05-23

    İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil... İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Dünyanın bir parçası olan Azərbaycan bu gün yaxın və uzaq olan bütün ölkələr kimi ağır, məsuliyyətli bir imtahan qarşısındadır: artıq neçə aydır ki, bəşəriyyət üçün dəhşətli kabusa çevrilən koronavirus pandemiyası hələ də, necə deyərlər, təslim olmaq fikrində deyil, can almaqda, sosial-iqtisadi sahələri çökdürməkdə, siyasi əlaqələri zəiflətməkdə davam edir. Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərargahın hər gün yaydığı məlumat bizim sabaha ümid-inamımızı artırır, bu dəhşətli virusun törətdiyi böhrandan tezliklə az itki ilə çıxacağımızı, öz gücünə arxalanan, dünya birliyinin etibarlı və layiqli üzvü olan bir dövlət kimi son 17 ilin uğurlu davamını daha şövqlə, daha istəklə yaşamaq düşüncəmizi möhkəmlədir. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

  • Xətai rayonunda könüllü gənclər növbəti ak...

    Xətai rayonunda könüllü gənclər növbəti aksiya keçirdilər

    2020-05-22

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi öz fəaliyyətini davam etdirməkdədir.

  • Nobel prospekti və Zığ yolu küçəsində yaş...

    Nobel prospekti və Zığ yolu küçəsində yaşıllaşdırma işləri aparılır

    2020-05-22

    Rayonun simasının daha da gözəlləşməsi, yaşıllıqların çoxaldılması, ekoloji durumun yaxşılaşdırılmasının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq, yaşıllaşdırma və ağacəkmə tədbirləri davam etdirilir. Abadlıq işləri aparılan küçələrdə, məhəllədaxili ərazilərdə quruculuq və təmizlik işləri ilə yanaşı olaraq yaşıllıq örtüklərinin salınması və ağac əkimi həyata keçirilir.

  • İnqilab İsmayılov və və Rahib Məmmədov  kü...

    İnqilab İsmayılov və və Rahib Məmmədov küçələrində abadlıq və yaşıllaşdırma tədbirləri davam etdirilir

    2020-05-21

    Rayonun simasının daha da gözəlləşməsi, yaşıllıqların çoxaldılması, ekoloji durumun yaxşılaşdırılmasının təmin edilməsi istiqamətində Xətai rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq, yaşıllaşdırma və ağacəkmə tədbirləri davam etdirilir. Abadlıq işləri aparılan küçələrdə, məhəllədaxili ərazilərdə quruculuq və təmizlik işləri ilə yanaşı olaraq yaşıllıq örtüklərinin salınması və ağac əkimi həyata keçirilir.